Menu
Geri İrəli

Sumqayıtda “Almaniyanın romantik şəhərləri” adlı sərginin açılışı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2009 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında “Almaniyanın romantik şəhərləri” adlı sərginin açılışı olub. Sərgi Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Açılışda şəhər İcra hakimiyyətinin nümayəndələri, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Peer Christopher Stanchina və şəhər ictimaiyyəti iştirak edib. Açılış mərasimində çıxış edən şəhər İcra hakimiyyəti başçısının müavini R.Həsənov qonaqları salamlayıb, daha sonra Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab P.Stanchina çıxış edərək Azərbaycanda Almaniya Həftələri “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində həyata keçirilən bu sərgidə Almaniyanın görməli yerlərini əks etdirən əsərlər nümayiş etdirildiyini qeyd edib. Qeyd edək ki, sərgi 25 dekabr 2009-cu il tarixinədək davam edəcək

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın