Menu
Geri İrəli

Sumqayıtda 2,341 milyard ABŞ dolları dəyərində 80 min obyektin qiymətləndirilməsi aparılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2015 • Baxış sayı: 577 dəfə • Şərh yoxdur

sumqayit_0001“Trend”-in məlumatına görə, bunu Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Seymur Əliyev daşınmaz əmlakın kütləvi dəyərləndirilməsi ilə bağlı keçirilən layihənin təqdimatında bildirib. Onun sözlərinə görə, Sumqayıtda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi pilot layihə olaraq təşkil edilib. Layihə çərçicəsində daşınmaz əmlak bazarı haqqında reyestr sistemi, kütləvi və individual qiymətləndirmə sistemi və məlumatların əks olunduğu ictimai portal yaradılıb.

Rəis müavini pilot layihələrin 2015-ci ilin iyun-sentyabr aylarında Quba və Xaçmazda da həyata keçiriləcəyini bildirib.

Kütləvi qiymətləndirilmə layihəsi Dünya Bankının maliyyə dəstəyi çərçivəsində reallaşdırılır.

Azərbaycan hökuməti və DB 2007-ci ildə daşınmaz əmlakın vahid kadastrının yaradılması üzrə saziş imzalayıblar. Layihə 4 komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının idarəsi və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; layihənin siyasətinin formalaşması və idarəsi ilə bağlı təlimlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın