Menu
Geri İrəli

Sumqayıtda 31 yaşlı qadın intihar edib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2014 • Baxış sayı: 597 dəfə • Şərh yoxdur

Sumqayıtda 31 yaşlı qadın intihar edib.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb və vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 11:12-də başa çatıb.

qadin-meyiti-intihar

Facebook Şərhləndirmə:

Şərhinizi yazın