Menu
Geri İrəli

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 470 dəfə • Şərh yoxdur

14488579301131527139_1000x669

“Azərikimya” İstehsalat Birliyinin ərazisində növbəti şənbə iməciliyi – ağacəkmə aksiyası keçirilib. İməcilikdə kimyaçılarla yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin və Ekologiya İdarəsinin əməkdaşları da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iməcilikdə etilen-polietilen zavodunun sahəsində yaşıllıq zonası üçün ayrılmış və bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazisində şərq çinarı, nar, melya, həmişəyaşıl sərv, şam, əncir, gilanar, badam və digər ağac və kol növləri əkilib. İməcilik zamanı etilen-polietilen zavodunun istehsalat ərazilərində ümumilikdə bir hektardan çox sahə alaq otlarından təmizlənib. Əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənib və ərazidə təmizlik-abadlıq işləri aparılıb.

14488579302346337465_1000x669

144885793020456980_1000x669

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın