Menu
Geri İrəli

Sumqayıtda ağır qətl hadisəsi baş verib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2012 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur

Bu barədə “Azadinform”a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Məlumata görə, 15-ci məhəllədə yaşayan Maarif Mehdixanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Araşdırmalar zamanı onun həmyerlisi Arif Hüseynov tərəfindən bıçaqla öldürüldüyü məlum olub. Qətlə onlar arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəb olub. Arif Hüseynov hadisə yerindən qaçıb. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın