Menu
Geri İrəli

Sumqayıtda ağır yol qəzası baş verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Noyabr 2011 • Baxış sayı: 286 dəfə • Şərh yoxdur
Share Button
Sumqayıt şəhər Nərimanov küçəsi, 2 mk ərazisində ağır yol qəzası baş verib. Hadisə ötən gecə qeydə alınıb. Sumqayıt şəhər Dövlət Yol Polis şöbəsinin təbliğat inspektoru, polis kapitanı Nizami Yusifovun SİA-ya verdiyi məlumata görə, Quliyev Bəxtiyar Şücəddin oğlunun idarə etdiyi “Vaz 21099” markalı 10 KO 684 dövlət nömrə nişanlı avtomaşın yoldan ötən piyada 1958-ci il təvəllüdlü Məhərrəmova Minayə Qafar qızını vurub. Nəticədə ağır bədən xəsarəti alan yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin istintaq şöbəsində araşdırma aparılır.
Ceyhun Eyyubov, sia.az
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın