Menu
Geri İrəli

Sumqayıtda “Azərbaycan İncəsənət Festivalı“ keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2013 • Baxış sayı: 143 dəfə • Şərh yoxdur

Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsinin 4-cü mərhələsində “Azərbaycan İncəsənət Festivalı-2013″ (“Azerbaijan Art Fetsival – 2013″) adlı silsilə sərgilər keçiriləcək

Sərgi iyun ayının 4-də Bakı Yaradıcılıq Mərkəzində təşkil olunacaq.
Bundan sonra sərgilər Salyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı, Xaçmaz, Sumqayıt şəhərlərindəki dövlət rəsm qalereyalarında təşkil olunacaq.

“Azerbaijan Art Festival – 2013″ iştirakçıları sırasında Novruz Məmmədov, Məmməd Rəşidov, Erkin Ələkbərli, Fərəc Rəhmanov, Gülnarə Əlixanova, Bəhruz Kəngərli, Anar Hüseynzadə, Ələkbər Məmmədov, Anar İsmayılzadə, Lalə Ağayeva, Mehriban Əfəndi, Günel Ravilova, Aytən Şirzadova, Pərnisə Əsgərova, Aysel Əmirova kimi rəssamlar var.

Bahar Rüstəmli
AzNews.az

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın