Menu
Geri İrəli

Sumqayıtda azyaşlı evdə yatdı, xilasedicilər ayağa qalxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2013 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur
Share Button
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək daxil olmuş və giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:04-də başa çatmışdır.

xilasedici

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın