Menu
Geri İrəli

Sumqayıtda bank əməkdaşı ağlasığmaz fırıldağa imza atıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur
Share Button

nikoil_bankBank 6 aylıq kreiti birdən ödətdirərək, onlara yenidən kredit verəcəkləri vədini verirlər, sonda isə bundan imtina edirlər

Azərbaycanda fəaliyyət göstərən banklarla bağlı vətəndaşların davamlı olaraq ciddi şikayətləri artır. Buna səbəb həmin maliyyə təşkilatlarının çıxardığı hoqqabazlıq, vətəndaşlardan daha çox pul qoparmaq cəhdi, habelə insanları aldatmaq üçün müxtəlif vasitələrə baş vurmasıdır.

Demokratiya.info-ya daxil olan məlumata görə, həmin şikayət olunan banklardan biri də «Nikoil»dir. Şikayətçilərdən birinin verdiyi məlumata görə, o, bir müddət əvvəl bu bankdan kredit götürərək, onu mütəmadi olaraq ödəyib. Lakin günün birində kredit götürdüyü Sumqayıt filialının əməkdaşı Rauf adlı şəxs həmin vətəndaşı aldatmaq üçün kimsənin ağlına gəlməyən bir fırıldağa imza atıb. Belə ki, bankın Rauf adlı işçisi vətəndaşı çağıraraq, kampaniya təşkil etdiklərini və bu prosesdə iştirak etmək üçün yerdə qalan 6 aylıq kreditin birdəfəlik ödənilməsinin lazım gəldiyini bildirib. Həmin məbləğ ödənildikdən sonra isə növbəti kredit tranşı ayıracaqlarını söyləyib.

Şikayətçi bildirir ki, bu «kampaniyaya» qoşulmaq üçün 1742 manat pul ödəməli olur. «Bütün sənədlərimi hazırladılar və orada məni «yaxşı ödəyici» kimi qeyd etdilər. Sonra da həmin sənədləri mənə göstərdilər. Amma onlardan yeni kredit istədikdə əsas gətirdilər ki, guya, mənim 270 günlük gecikməm var və ona görə də, pul ayıra bilməzlər. Halbuki mənim bir gün belə gecikməm olmayıb. Əksinə, 270 günün pulunu birdəfəlik ödəmişəm. Orda başa düşdüm ki, bunlar yeni fırıldağa başlayıblar».

«Nikoil» bankın Sumqayıt filialının rəhbərliyi ilə məsələ ilə bağlı görüşəni vətəndaşa deyiblər ki, onu ancaq bankın rəhbərliyi edə bilər. «Söhbət əsnasında bildirdilər ki, «Nikoil»in rəhbərliyi rusdilli olduğundan işləyə bilmir. Ona görə də, belə problemlər yaranır. Onun yerini isə Sumqayıt filialının rəhbəri Ruslan Talıbov tutmalıdır».

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın