Menu
Geri İrəli

Sumqayıtda bu dəfə meyvə ağacları əkildi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2015 • Baxış sayı: 543 dəfə • Şərh yoxdur

sumqayitxeber.com xəbər verir ki, aprelin 25-də «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində növbəti şənbə iməciliyi keçirilib. İməcilikdə Etilen-polietilen zavodunun, Təmir-tikinti idarəsinin və Birliyin İdarəetmə aparatının ümumilıkdə 550 nəfər əməkdaşı iştirak edib.
Aprel ayının son şənbə iməciliyi zamanı Etilen-polietilen zavodunun sahəsində yaşıllıq zonası üçün ayrılmış və bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazisində 970 ədəd ədəd şərq çinarı, nar, melya, həmişəyaşıl sərv, şam, əncir, gilanar, badam və digər ağac və kol növləri əkilib.
İməcilik zamanı Etilen-polietilen zavodunun istehsalat ərazilərində, ümumilikdə bir hektardan çox sahə alaq otlarından təmizlənmiş, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, dibləri bellənilmiş və ərazilərdə təmizlik-abadlıq işləri aparılmışdır.

11168473_916596158363651_3414499860376907121_n agac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın