Menu
Geri İrəli

Sumqayıtda çörəkdən taxta çıxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2014 • Baxış sayı: 706 dəfə • Şərh yoxdur

Sumqayıtda kafelərin birində çörəyin içərisindən taxta çıxdı

1305708775_sumqayit-corekANS TV-nin Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Baxış Süleymanov kafelərdən birinə nahar etmək üçün gedib. Süfrəyə çörək gətirilib, bu zaman Baxış Süleymanov çörəyin içərisindən taxta çıxdığını görüb. O bildirib ki, əgər taxtanı çörəyin içərisində görməsəydi indi xəstəxanada ola bilərdi. Sözügedən çörəyin hansı şirkətə aid olması isə hələ ki məlum deyil.

Faktla bağlı isə Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirdi ki, bu cür hallar yolverilməzdir. Çörək bişirilməmişdən əvvəl un ələnməlidir. Əgər belə hallara rast gəlinərsə o zaman bu işdə laqeyd olanların da cəzalandırılması qaçılmazdır”, – deyə müdir qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın