Menu
Geri İrəli

Sumqayıtda dəhşətli qətl

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2011 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

  Türkiyə vətəndaşı Şener Əjdər qayınatası və qayınanasını qətlə yetirib, arvadı, qayını, baldızını isə yaralayıb 

Türkiyə vətəndaşı Sumqayıt şəhərində dəhşətli cinayət törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, noyabrın 6-da saat 08:50 radələrində Sumqayıt şəhəri “Yaşıldərə” bağlar sahəsində yeni tikilmiş evlərdən birində yaşayan Türkiyə vətəndaşı Şener Əjdər Mustafa oğlu ailə münaqişəsi zəminində bıçaqla qayınatası Əziz Soltanovu və qayınanası İntizarı qətlə yetirib, arvadı Günel, qayını Ramal və baldızı Aynurəyə isə xəsarət yetirib.

Daha sonra Ş.Əjdər hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın