Menu
Geri İrəli

Sumqayıtda daha bir nümunəvi məhəllə

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 261 dəfə • 1 şərh

 sumqayitSumqayıtın görkəmini dəyişmiş daha bir məhəlləsi sakinlərin sevincinə səbəb olmuşdur. Bu dəfə şəhərin ikinci mikrorayonu nümunəvi yaşayış massivi hesab edilmişdir. Bu, Sumqayıtın abadlıq nümunəsinə çevrilmiş sayca onuncu yaşayış massividir. Bütün evlərin fasadları yenilənmişdir. Həyətlərdə skamyalar, köşklər, fənərlər, müasir zibil konteynerləri quraşdırılmışdır. Evlərin qarşısındakı yaşıl qazonlar və dekorativ ağaclar, ideal şəkildə hamar küçə yolları göz oxşayır. Avtomobil sahibləri də yaddan çıxmamışlar. Onlar üçün park yerləri təşkil olunmuşdur. Yenidənqurma çərçivəsində mikrorayonun bütün daxili yollarına asfalt örtük çəkilmişdir.

Evlərin arasında idman meydançası salınmışdır. Uşaqlar burada mini-futbol, voleybol oynayırlar, daha kiçik yaşlılar isə uşaq meydançasında əylənirlər. İdman meydançasının süni örtüyü uşaqların zədələnməsi riskini azaldır. Bir sözlə, gənclərin harmonik inkişafı və yaşlıların istirahəti üçün bütün zəruri şərait vardır.
AzərTAc xəbər verir ki, yenilənmiş mikrorayonun təqdimat mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı Muxtar Babayev, iri müəssisə və təşkilatların rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Şəhər rəhbərliyinin mikrorayonun sakinləri ilə açıq dialoqu təşkil olunmuşdur. Tədbir “açıq mikrofon” formatında keçirilmişdir. İkinci mikrorayonun sakinləri bütövlükdə yaşayış massivinin simasının dəyişdirilməsi layihəsinin həyata keçirilməsindən razı qalmışlar. Görüşdə çıxış edən ağsaqqallar, şəhərin müxtəlif təbəqələrinin təmsilçiləri Sumqayıtda yeni sənaye müəssisələri yaradılması üzrə layihələrin uğurla həyata keçirilməsinə, sosial obyektlərin maddi-texniki bazalarının möhkəmləndirilməsinə, şəhərin, o cümlədən yaşayış massivlərinin abadlaşdırılmasına görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Bir sıra iradlar da səslənmişdir. Şəhərin xidmət müəssisələrinin rəhbərləri də tədbirdə iştirak etdiyindən, bəzi məsələləri yerindəcə həll olunmuşdur.
Qeyd edək ki, Sumqayıtda nümunəvi yaşayış massivləri yaradılması təcrübəsi davam edir. Şəhərin doqquzuncu mikrorayonunun abadlaşdırılması işləri başa çatmışdır. Ətrabə Rzayeva ( AzərTAc).

Facebook Şərhləndirmə:

“Sumqayıtda daha bir nümunəvi məhəllə” yazısına bir cavab

  1. Mustafa Eraslan deyir:

    Bes 3-mrayon yada dusmur?

Şərhinizi yazın