Menu
Geri İrəli

Sumqayıtda Həmrəylik Günü ilə bağlı “dəyirmi masa” keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 976 dəfə • Şərh yoxdur
tedbirSumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev son illərdə Azərbaycanın sürətli inkişafından, qazanılan uğurlardan söz açmışdır. Bildirilmişdir ki, respublikamızın Qafqazda lider dövlət olması ümummilli lider Heydər Əliyevin siyasi kursunun təntənəsidir. Əsrin ən böyük azərbaycanlısı, müdrik siyasi xadim, gənclərin böyük qayğıkeşi, müstəqil dövlətimizin memarı və qurucusu, ölkəmizi dünyaya tanıdan Ulu Öndərin azərbaycançılıq məfkurəsi gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynamışdır.
Tədbirdə 28 nömrəli tam orta məktəbin tarix müəllimi Aygün Rəhimova, “Best Friends” təhsil və karyera mərkəzinin direktoru, Prezident təqaüdçüsü Elvin Dadaşov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ümumi təhsil sektoru üzrə gənclər birliyinin sədri Lalə Tanrıverdiyeva, 11 nömrəli tam orta məktəbin kimya müəllimi Gülşən Novruzova, Sumqayıt Dövlət Universitetinin müəllimi Zahid Bünyadov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən və ölkədə aparılan islahatlardan söz açmışlar.
“Dəyirmi masa” açıq və maraqlı müzakirələrlə davam etmişdir.
AzərTAc
Facebook Şərhləndirmə:

Şərhinizi yazın