Menu
Geri İrəli

Sumqayıtda Heydər Əliyevin 91 illiyinə həsr olunmuş spartakiadaya start verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2014 • Baxış sayı: 547 dəfə • Şərh yoxdur


851149Sumqayıt Olimpiya İdman Kompleksində “Azərikimya” İstehsalat Birliyinin təşki­latçılığı ilə Ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş spartaki­adanın açılış mərasimi keçirilib.

Spartakiada Azərbaycan Respub­likasının Dövlət himninin səslənməsi ilə başlayıb, Azərbaycan bayrağı qaldırılaraq, bununla da sparta­kia­danın rəsmi açılşına start verilib.

«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək, Ulu öndər Heydər Əliyevin ölkəmizə rəh­bərliyinin bütün dövrlərində idmanın inkişafına böyük diqqətlə yanaşılmasından, bir çox idman komplekslərinin, idman qurğu və zallarının tikilməsindən, meydan­çaların salınmasın­dan, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılmasından söhbət açıb.

Ümummilli lider Heydər Əliyevin: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azər­baycanın himni çalınır, müstəqil Azər­baycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müs­təqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” – sözlərini böyük ehtiram hissi ilə xatırlayan millət vəkili idman­çıları təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, spartakiadada idmanın yeddi – ağırlıqqaldırma, kəndirdartma, qol gücü, futbol, voleybol,  şahmat və stolüstü tennis növü üzrə “Azərikimya” İsteh­salat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrlə bərabər, YAP Sumqayıt şəhər təşkilatı, Sumqayıt Texnologiyalar Parkı, Müəllimlər İnstitutu, Sumqayıt şəhər Polis İdarəsi, şəhər Bələdiyyəsi, Olimpiya və Paralimpiya İdman Kompleksləri, “N” saylı hərbi hissə, Mərbuat, FHN Sumqayıt Regional İdarəsi, Qızıl Aypara Cəmiy­yətinin Sumqayıt şəhər bölməsi, Sumqayıt Veteranlar Klubu, Qaz-istismar İdarəsi  də daxil olmaqla  25 komanda öz gücünü sınayır.

Artıq idmanın kəndirdartma və ağırlıqqaldırma növləri üzrə yarışlar başa çat­ıb, Sumqayıt şəhər Polis İdarəsinin komandası yüksək hazırlıq və iradə nümayiş etdirərək hər iki növdə birinciliyi qoruyub saxlayıb. Sonrakı mükafatalayiq yerlərə isə «Azəri­kimya» İB-nin Etilen-polietilen zavodu, Təmir-tikinti və Nəqliyyat və xüsusi texnika İdarələrinin komandaları layiq görülüblər.

Peşəkar hakimlər heyəti tərəfindən idarə olunan, gərgin rəqabət və idman mü­barizəsi şəraitində davam edən spartakiadaya mayın ikinci yarısında yekun vurulacaq.

822952

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın