Menu
Geri İrəli

Sumqayıtda ilk dəfə 5 yaş 8 aylıq uşaq I sinfə qəbul olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2013 • Baxış sayı: 226 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda ilk dəfə olaraq 5 yaş 8 aylıq uşaq I sinfə qəbul olunub.

Trend Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinə istinadən bildirir ki, təhsil naziri Mikayıl Cabbarovun 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” təsdiq edilib. Yeni qaydalar 6 yaşı dekabrın 31-dək tamam olan uşaqlara I sinfə qəbul olmaq imkanı verib.

Nazirin əmrinə uyğun olaraq, Sumqayıt Şəhər Təhsil Şöbəsində də pedaqoji kollektivlərin ən nüfuzlu müəllimləri, metodist, psixoloq və həkimin daxil edildiyi komissiya yaradılıb. Sumqayıtın tarixində ilk dəfə isə 5 yaş 8 aylıq Heydər Salmanov müsahibə zamanı 20 mümkün baldan 19 bal toplayaraq birinci sinfə qəbul olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın