Menu
Geri İrəli

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində keçirilən görüşlər davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2016 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Dövlət Texniki Kollecin birgə təşkilatçılığı ilə 24 may 2016-cı il tarixində Kollecin akt zalında şəhər Prokurorluğu və Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, Kollecin müəllim-tələbə heyyətinin iştirakı ilə 18 – İyun “Azərbaycanda Milli İnsan Hüquqları” gününə həsr edilmiş növbəti görüş keçirilmişdir.

İlk olaraq iştirakçılara insan hüquq və azadlıqları haqqında videoçarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Texniki Kollecin direktoru Mətanət Pirquliyeva iştirakçıları salamlayaraq, 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində şəhərin ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında, ali və orta – ixtissas təhsil müəassisələrində, o cümlədən Sumqayıt Dövlət Texniki Kollecində keçirilən maarifləndirici xarakterli görüşlərdən və 18 – İyun “Azərbaycanda Milli İnsan Hüquqları” gününün əhəmiyyətindən danışmış, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda “Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirmişdir. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın icrasının uğurla təmin edilməsindən, Respublikada həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir.

Tədbirdə Sumqayıt şəhər Prokurorunun böyük köməkçisi Pərviz Əliyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov iştirak etmişdir.

Sonda iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılmışdır.

ASL_0198 ASL_0194

Facebook Şərhləndirmə:

Şərhinizi yazın