Menu
Geri İrəli

Sumqayıtda izdihamlı Aşura mərasimləri keçirilib – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2014 • Baxış sayı: 1,343 dəfə • Şərh yoxdur
447270_36448

AzadXeber.az-ın verdiyi məlumata görə, şəhərin məscidlərinə yığışan minlərlə sumqayıtlı, müqəddəs İslam peyğəmbərinin nəvəsi Həzrəti İmam Hüseyn(ə)-ın xatirəsini əziz tutublar
Bu gün Azərbaycanın hər yerində olduğu kimi ölkənin ən böyük üçüncü şəhəri sayılan Sumqayıtda da izdihamlı Aşura mərasimi keçirilib. Şəhərin məscidlərinə yığışan minlərlə sumqayıtlı, müqəddəs İslam peyğəmbərinin nəvəsi Həzrəti İmam Hüseyn(ə)-ın xatirəsini əziz tutublar.
Nəzir, şirni, şərbət və digər ehsanlar paylamaqla Kərbəla şəhidlərinin xatirəsini əziz tutan minlərlə şəhər əhalisinin yığışdıqları məscidlərdə, mərsiyələr və xütbələr oxunub.
Qeyd edək ki, Sumqayıtda yerləşən Cümə, Corat, Katej qəsəbəsində yerləşən İmam Sadiq(ə), İslam və köhnə Corat məscidlərinin hər birində izdihamlı Aşura tədbirləri keçirilib.
Xəyal Şükür
Facebook Şərhləndirmə:

Şərhinizi yazın