Menu
Geri İrəli

Sumqayıtda məişət zorakılığına məruz qalan 79 uşaq reabilitasiya prosesinə cəlb edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2013 • Baxış sayı: 161 dəfə • Şərh yoxdur

“Təmiz Dünya ” Əmək və Əhalinin Müdafiəsi Nazirliyi ilə birgə uşaqların müdafiəsini təşkil edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  maliyyə dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Sumqayıt şəhərində “Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası” Mərkəzində təlim keçirib.
Teleqraf.com-un xəbərinə görə, Sumqayıt şəhər “Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası” Mərkəzi əməkdaşlarının yerli qurumlarla əməkdaşlığı nəticəsində müəyyən edilən məişət zorakılığına məruz qalmış 79 uşaq proqrama cəlb edilib. Bu uşaqlara, hüquqi, psixoloji, sosial adaptasiya və məişət zorakılığına dair təlim keçirilib. Təlimlərin məqsədi uşaqların zorakılıqdan müdafiəsi, zorakılıq nəticəsində alınmış zədədən xilas olmaq üçün psixoloji adaptasiya, özünə inamın, özünədərkin artırılması, keçid dövründə üzləşdikləri problemlərin aradan qaldırılması və onları cəmiyyətə inteqrasiyaya hazırlamaqdır.
Təlimə cəlb edilən uşaqlara “Beyin Həmləsi”, “Müzakirələr”, “Praktiki məşğələ” zamanı qiymətləndirmə barədə nəzəri biliklər verilib. Həmçinin iştirakçılara “Oxşar həyatlar” mövzusunda video-çarxlar göstərilib və onların müzakirəsi təşkil olunub. Mərkəzin əməkdaşları icmalar və əhali arasında məişət zorakılığının aradan qaldırılması ilə bağlı məlumatlandırma işlərini davam etdirir.
Cavidan

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın