Menu
Geri İrəli

Sumqayıtda mağazadan oğurluq edənin görüntüləri kameralara düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2013 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər sakini 27 yaşlı Fuad İsmayılov 4-cü mikrorayon ərazisində yerləşən Narıncı ərzaq mağazasında cinayət törədib. 

Sumqayıt Şəhər polis İdarəsinin müstəntiqi Rüfət İsmayılovun Publika.Az-a verdiyi məlumata görə, Fuad İsmayılov satıcının etibarından sui-istifadə edib. Belə ki, satıcı dolabın arxasına keçən zaman piştaxtanın üzərində olan 200 manatı, 200 manatlıq danışıq konturlarını götürərək aradan çıxıb. Cinayət əməlinə görə polis tərəfindən saxlanılan Fuad İsmayılov cinayəti etiraf edib: «Mən mağazaya soyğunçuluq məqsədilə girmədim. Gördüm piştaxtanın üzərində pul var, əl atıb götürdüm».

Fuad İsmayılovun cinayət əməli anbaan kamera götüntülərinə düşüb.

Qeyd edək ki, Fuad İsmayılov bir neçə ay bundan əvvəl həbsxanadan çıxıb. Bundan əvvəl o, oğurluq cinayəti törədib.

Növbəti dəfə onun barəsində Sumqayıt ŞPİ-də 180.1 (soyğunçuluq) maddəsi lə cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın