Menu
Geri İrəli

Sumqayıtda marşrut avtobusunda qanlı hadisə, 1 ölü

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2011 • Baxış sayı: 376 dəfə • 1 şərh
Share Button

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan verilən məlumata görə, qanlı hadisə marşrut avtobusunda törədilib.
Aprelin 15-də saat 15:00 radələrində 25 saylı marşrut avtobusunda 40 yaşlı Elşən Cabbarovla həmyerlisi olan 27 yaşlı Elşad Muradov arasında mübahisə düşüb. Elşən cibindən çıxardığı bıçaqla Elşadı qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, dava zamanı bir nəfər də xəsarət alıb. Belə ki, dalaşanları ayırmaq istəyən şəhər sakini Mikayıl İsmayılov əlindən yaralanıb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Cabbarov tutulub. Mənbə: ANSPRESS

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda marşrut avtobusunda qanlı hadisə, 1 ölü” yazısına bir cavab

  1. Bahar deyir:

    dehsetdi,axir vaxtlar her gun kriminal xeberler esidirik.

Şərhinizi yazın