Menu
Geri İrəli

Sumqayıtda martın 12-dən 20-dək yarmarka olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2016 • Baxış sayı: 2,103 dəfə • Şərh yoxdur
Share Button

bazaryarmarka_925Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı yarmarkalarının keçiriləcəyi ünvanlar açıqlanıb. Yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində də təşkil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə bildirib ki, əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə keçirilən yarmarkalar mart ayının 12-dən başalayacaq və 20-dək davam edəcək.

 

Sumqayıt şəhəri üzrə (2 yerdə):

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)

Murtuzəli Hacıyev - nazirliyin mətbuat xidmətinin rəhbəri

Murtuzəli Hacıyev – nazirliyin mətbuat xidmətinin rəhbəri

Nazirlikdən onu da bildirdilər ki, yarmarkaların mütəmadi keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.

Kənd təsərrüfatı yarmarkaları 2006-cı ildən bu yana Kənd Təsərrüfatı Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin altınıcı və bazar günləri təşkil edilir. Ötən ilə kimi yarmarkalar Bakı şəhərinin 7 rayonunun 11 ünvanında olurdu. Lakin bu il yarmarkaların sayında azalma olub.

Kənd təsərrüfatı yarmarkası
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın