Menu
Geri İrəli

Sumqayıtda Milli Qurtuluş Günü qeyd edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2015 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur

Sumqayıtda Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib

İyunun 10-da Sumqayıt şəhər İH və Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Günümüzü əbədiləşdirək!” adlı dəyirmi masa keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən filmin seyri ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan şəhər İcra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev Heydər Əliyevin xalqa, millətə və dövlətə sədaqətli xidmətə həsr edilmiş həyat yolundan danışıb, onun xalqın ən çətin günündə yenidən siyasi hakimiyyətə qayıdaraq milləti məhv olmaq təhlükəsindən xilas etdiyini qeyd edib.

Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyevin, “Sumqayıt qəzeti”nin baş redaktoru, əməkdar jurnalist Qüdrət Məlikovun, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlının, şəhər Bələdiyyəsinin üzvü Günel Qiyasovanın, tələbə gənclər Elşad Əliyevin və Leyla Ağayevanın çıxışlarında ulu öndərin xilaskarlıq missiyasından, Azərbaycan tarixində əvəzedilməz rolundan konkret faktlar üzrə bəhs edilib.
Sumqayıtda Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib

Facebook Şərhləndirmə:

Şərhinizi yazın