Menu
Geri İrəli

Sumqayıtda mini-futbol yarışı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2011 • Baxış sayı: 250 dəfə • Şərh yoxdur
Share Button

Mikrorayon və məhəllələrin idman həya­tının canlan­ma­sına, yetişməkdə olan gənc nəslin sağlamlığına yönəlmiş bu maraqlı id­man tədbirin­də şəhərin 9, 10, 12, 13 və 17-ci mikrorayonlarının məhəllə futbol ko­man­da­ları və «Azərikimya» İB koman­da­sı öz qüvvələrini sınamışlar. Şəhərin 10-cu mik­ro­ra­yonunun ərazisində yeni olaraq – cəmi iki ay  əvvəl inşa edilmiş, müasir standartlara cavab verən mini-futbol meydançalarının quraşdırıldığı idman kompleksində keçirilən, mikrorayon sakinlərinin və kimyaçıların həvəslə qoşulduğu mini-futbol yarışları bütün gün ərzində davam etmiş, futbolçulara və idman həvəskarlarına böyük sevinc bəxş et­mişdir.

Böyük fəallıq və gərgin rəqabət şəraitində davam edən yarış­larda şəhərin 13-cü mikrora­yonunun gənc fut­bolçuları bütün oyunları yüksək mübarizə əzmi ilə keçirərək,  mə­həl­lə turnirinin qalibi olmuşlar. «Azərikimya» İB-nin və 17-ci mikrora­yonun koman­da­ları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutmuşlar.

Ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğı əsas tutularaq idmanın bir çox sahələri – futbol, basketbol, voleybol və stolüstü oyun­lar üzrə vaxtaşırı məhəllə yarışlarının keçirilməsi, gənclərin, o cümlədən məktəb yaşlı uşaqların asudə vaxt­la­rının səmərəli təşkili, onların idmana daha çox cəlb edilməsi son zamanlar xüsusi diqqət mərkəzindədir. Mikrorayon və məhəllələrdə futbol oyunlarına və yarışlarına üstünlük verilməsi isə gənclərin sağlamlıqlarının, fiziki hazırlıqlarının möhkəm­ləndirilməsi ilə yanaşı həm də şəhərin premyer-liqada çıxış edən «Sum­qayıt» futbol ko­man­da­sı üçün bacarıqlı, perspektivli gənc fut­bol­çuların seçilməsi məqsədi daşıyır.

Bir-neçə gənc futbolçunun peşəkarcasına oyunu ilə diqqəti cəlb edən məhəllə yarış­larının yekununda «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev qalib komandalara xüsusi diplomlar və qiymətli hədiyyələr təqdim etmişdir.

Bu cür ya­rışların vaxtaşırı olaraq Sum­qa­yıtın digər məhəllə və mikrorayonlarında da keçirilməsi nəzərdə tutulmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın