Menu
Geri İrəli

Sumqayıtda neftçilərini peşə bayramı günü münasibətilə tədbir keçirilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2016 • Baxış sayı: 811 dəfə • Şərh yoxdur

İstehsalat Birliyinin akt zalında 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qətiyyətli addımları ilə ölkəmizin iqtisadi-siyasi həyatın­da taleyüklü dəyişikliklərə imza atmışdır. Bu dəyişikliklərin təməlində isə 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın ən nüfuzlu neft şirkətlərinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi» dayanır. Öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə böyük dərər kəsb edən bu möhtəşəm müqavilə respublikamızın qarşısında yeni və daha böyük perspektivlərin açılmasına zəmin yaratdı.

Tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev artıq 7 ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimya­çıları bu əlamətdar gün mü­na­sibətilə təbrik etmiş, respubli­kamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmə­sində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir möv­qeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirmişdir. M.Babayev mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətlən­dirmiş, “Tərəqqi” medalına layiq görülmüş “Azərikimya”nın əməkdaşlarına – Xəqani Babayevə, Vüqar Kərimova, Telman Məmmədova, həmçinin SOCAR prezidentinin əmri ilə fəxri fərman və pul mükafatı ilə təltif olunmuş Etilen-polietilen zavodunun Qazayırma sahəsinin aparatçısı Mətanət Qasımovaya, metroloji təminat və avtomatika sahəsinin çilingəri Murad Məmmədbəyova,  Təmir-tikinti İdarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsinin çilingəri Sevdiyar Şahbazova, 2 saylı İzolyasiya sahəsinin izoləedici-plyonkaçısı Nazim Mailova və “İlin ən yaxşı kimyaçı” müsabiqəsində qalib adını qazanmış Raqif Rəhimova xoş arzularını çatdırmışdır.

Tədbir boyu “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin is­teh­sa­lat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həya­tı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının nəzər-diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Azərikimya” İB tərəfindən təltif olunmuş 10 nəfər kimyaçıya fəxri fərman və pul müfafatı, həmçinin neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasında idmanın 14 növü  üzrə mübarizə apararaq mühüm nailiyyətlər əldə etmiş əməkdaşlara qiymətli hədiyyələr təqdim olunmuşdur.
unnamed-4 unnamed-5 unnamed unnamed-1 unnamed-2 unnamed-3«Azərikimya»

Facebook Şərhləndirmə:

Şərhinizi yazın