Menu
Geri İrəli

Sumqayıtda növbəti səyyar sərgi təşkil olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2015 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur

Bu gün S.Vurğun adına Mərkəzi kitabxananın xidmət və uşaq şöbələri Zəngilan rayon 11 saylı tam orta məktəbdə səyyar sərgi təşkil etdi.

Bütün elm sahələrini əhatə edən ədəbiyyatlarla yanaşı uşaq ədəbiyyatının da əks olunduğu sərgidə latın və kiril qrafikalı ədəbiyyatlar nümayiş olundu.

Əsasən kitabxanadan ayrı düşmüş oxucu kütləsini yenidən kitabxanalara cəlb etmək və mütaliə maraqlarını artrmaq məqsədi daşıyan sərgi həm müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılandı.

Məktəbin direktoru Surxay Cabbarov və dərs hissə müdiri Güləli Məmmədov kitabxana kollettivinə sərginin təşkilinə görə minnətdarlığını bildirdi və belə tədbirlərin davamlı olmasını arzuladı. S.Məmmədov şagirdlərə müraciət edərək onları mütaliəyə maraqlı olmağa çağırdı.

Sərgidə 200 adda ədəbiyyat nümayiş olundu.

12278190_1529774890675658_2068803205_n 12336423_1529774830675664_1306770932_n 12346626_1529774477342366_1576124146_n

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın