Menu
Geri İrəli

Sumqayıtda payız iməciliklərinə start verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2013 • Baxış sayı: 142 dəfə • Şərh yoxdur
Şənbə günü «Azərikimya» İstehsalat Birliyinin kollektivi bu ilin ilk payız iməciliyini keçirib.
İməcilikdə Birliyin İdarə Aparatının «Kimyalayihə» İnstitutunun, Etilen-polietilen, «Üzvi sintez» və Mexaniki-təmir zavodlarının, Təmir-tikinti İdarəsinin, Anbar Təsərrüfatının əməkçiləri iştirak ediblər
İməcilik zamanı Birlik müəssisələrinin S.Vurğun küçəsi boyunca uzanan ərazidə və Etilen-polietilen zavodunun sahəsində müxtəlif növ ağac və xeyli kol bitkiləri əkilmiş,öncədən əkilmiş ağaclara qulluq göstərilib, ətraf ərazilərdə təmizlik və abadlıq işləri aparılıb.
İməcilik günü, həmçinin, Birliyin Nəqliyyat və xüsusi texnika İdarəsinin əməkçiləri öz daxili ərazilərində abadlıq işləri aparmış, öncədən müəyyənləşdirilmiş yerlərdə müxtəlif ağac və bəzək bitkiləri əkmişlər.
İməcilikdə «Azərikimya» İstehsalat Birliyinin rəhbərliyi də iştirak edib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın