Menu
Geri İrəli

Sumqayıtda prezident təqaüdçüləri haqqında kitab nəşr olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2013 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur

rustem

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə “Sumqayıt şəhərinin Prezident təqaüdçüləri (2001-2013-cü illər) kitabının nəşri” adlı layihəyə start verilmişdir. 05 oktyabr 2013-cü il tarixində adı çəkilən layihənin təqdimat mərasimi baş tutmuşdur.

Layihənin müəllifi və icraçısı Rüstəm Sadıqzadə layihənin məqsədi, onun meydana çıxmasını şərtləndirən amillər, görülməsi planlaşdıran tədbirlər barədə ətraflı məlumat vermişdir. O, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradıldığını, son iki il ərzində Sumqayıt şəhəri üzrə gənclər təşkilatlarının, ayrı-ayrı yaradıcı və istedadlı gənclərin təqdim etdiyi 30-a yaxın layihənin Gənclər Fondu tərəfindən maliyyələşdirildiyini nəzərə çatdırmışdır. R. Sadıqzadə tədbir iştirakçılarına innovativ layihələr təqdim etməklə Gənclər Fondunun yaratdığı imkanlardan şəhərin inkişafı naminə səmərəli istifadə etməyi məsləhət bilmişdir.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüş gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə etmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın