Menu
Geri İrəli

Sumqayıtda qadağan edilmiş dini kitablar aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2009 • Baxış sayı: 262 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər sakini Əfqan Eyvazovun işlədiyi mağazadan yayılması məqsədə müvafiq olmayan dini kitab və videomateriallar aşkar edilib. Bu barədə RİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Əfqan Eyvazovun işlədiyi “1002″ xırdavat mağazasından yayılması məqsədə müvafiq olmayan 153 ədəd dini kitab, 30 ədəd videokaset və 15 ədəd CD diskləri aşkar edilərək götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın