Menu
Geri İrəli

Sumqayıtda quşlar niyə ölür? – TƏHLÜKƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2016 • Baxış sayı: 1,021 dəfə • Şərh yoxdur

Bu gün sosial şəbəkələdə Anar Mustafayev adlı Sumqayıt şəhər sakini Nəsimi adına parkda quşların ölməsi hallarına rast gəlməsi ilə bağlı narahatlığını bildirib. sumqayitxeber.com paylaşımı olduğu kimi təqdim edir:

“Dünən nahar vaxtı iş yoldaşım ilə birgə Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında gəzərkən təsadüfən Park Bulvar Restoranı ilə Alinea restoranı arasında olan şam ağaclarının altında bir qarğanın öldüyünü, dəgər 2-3 qarğanın isə can verdiyini gördük. Bir Sumqayıt sakini kimi quşların təsadüfən (kütləvi) öldüyünü, yoxsa hansısa yoluxucu xəstəlikdən öldüklərini araşdırmaq məqsədilə aidiyyəti üzrə quruma məlumat verməyi özümə borc bildim.
1. Sumqayıt şəhər Ekologiya İdarəsi ilə əlaqə saxladım, abonent borcu ödəmədiyi üçün xəttin bağlı olduğu cavabını aldım.
2. Sumqayıt şəhər Baytarlıq İdarəsi ilə əlaqə saxladım, abonent borcu ödəmədiyi üçün xəttin bağlı olduğu cavabını aldım.
3.Sumqayıt Şəhər Sanitar Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladım. Bir xanım cavab verdi və bildirdi ki, quşların kütləvi ölümü onlara aid bir məsələ deyil. Bir Sumqayıt sakini kimi çox narahatçılıq keçirtdiyimi və heç olmaya hara müraciət etməyimdə mənə köməklik göstərməsini xahiş etdikdə xanım həmin əraziyə baxın JEK-i müəyyən etməli olduğumu, daha sonra ora gedib müraciət edtdikdən sonra quşların cəsədləri JEK işçiləri tərəfindən oradan götürüləcəyini bildirdi.
4. Əlbəttə ki, bulvarın təmizliyinə xidmət göstərən JEK-i tanımadığım üçün (Bilmirəm hansısa quşların ölümünün yoluxucu xəstəliklə əlaqədar olub olmamasını araşdırmaq nə dərəcədə JEK-in işdir?) dərhal internetdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyinin əlaqə nömrəsini axtardım, əlaqə nömrəsi tapa bilmədim. Hansısa tender ilə əlaqədar 4 il bundan əvvəl qoyulan bir nömrə ilə əlaqə saxladım, o nömrəyə də cavab verən də olmadı.
5. Quşların kütləvi ölümünün təsadüfü və ya yoluxucu bir xəstəlik olub-olmadığını aydınlaşdırmaq məqsədilə aidiyyəti üzrə hansı quruma müraciət etməyimi dəqiqləşdirmək üçün məcbur olub Sumqayıt Şəhər İcra Hakimiyyətinə zəng elədim. Saat 15:00-16:00 arası Sumqayıt ŞİH-nin saytında göstərilən (+994 18) 6559131 nömrəsinə 9-10, digər şöbələrinə isə 3-4 dəfə zəng etdim. Telefon zənglərimə cavab verən olmadı …….

2 saat vaxtımı itirdikdən və heç nəyə nail olmadıqdan sonra belə qərara gəldim ki, yəqin bu qarğaların hər birinin 300 yaşı tamam olurmuş və bu qarğalar da canlarını tapşırmaq üçün uçub bizim Sumqayıta gəliblərmiş..”

12540859_1661251870807382_7096104589660808230_n 12548865_1661251857474050_6350469887579372599_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın