Menu
Geri İrəli

Sumqayıtda şagirdlərə düzgün peşə seçimi yolları öyrədildi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Noyabr 2013 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

1394430_10201994049828816_1272019736_nBu gün Sumqayıt Şəhər 16 saylı orta məktəbin akt zalında yuxarı sinif şagirdləri ilə görüş keçirilib.

Görüş məktəbin direktoru Niyaz Süleymanov, düzgün peşə seçimi və uğurlu iş axtarışı üzrə təlimçi Eyvaz Qocayev və məktəbin keçmiş məzunu, hal-hazırda iş adamı Tural Ağayevin birgə təşəbbüsü sayəsində baş tutub. Görüş zamanı Eyvaz Qocayev və Tural Ağayev tərəfindən şagirdlərə düzgün peşə seçimi barədə, eləcə də onların gələcəkdə cəmiyyətdə özlərinə düzgün mövqe tutmaları istiqamətində dəyərli məsləhətlər verilmişdir. Təhsilin əhəmiyyətindən, karyera yolunda uğurların sirlərindən bəhs edilmişdir. Onlar öz təcrübələrini şagirdlərlə paylaşmış və şagirdlərin maraqlandığı sualları cavablandırmışlar. Eyvaz Qocayev tədbirin sonunda özünə daha çox diqqət cəlb etməyi bacaran iki nəfər şagirdə müəllifi olduğu “Fərdi inkişaf və Karyera” adlı kitabını hədiyyə etmişdir. Kitab, eləcə də bütövlükdə tədbir məktəbin rəhbərliyi və şagird kollektivi tərəfindən yüksək qiymətləndirilmişdir. Direktor Niyaz Süleymanov təlimçilərə öz minnətdarlığını bildirmiş, bu cür tədbirlərin tez-tez təşkil edilməsinin əhəmiyyətindən danışmışdır.

1453293_10201994049948819_364875649_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın