Menu
Geri İrəli

Sumqayıtda şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2014 • Baxış sayı: 681 dəfə • Şərh yoxdur

DSC_0138

10 sentyabr 2014-cü il  tarixində Sumqayıtın Tarixi Muzeyində Sumqayıtda şəhər təhsil işçilərinin  ənənəvi sentyabr konfransı keçirilib.

sumqayitxeber.com xəbər verir ki, konfransda Təhsil   nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev, Millət Vəkili, 18 saylı orta məktəbin direktoru Leyla Abdullayeva, şəhərin pedaqoji ictimaiyyətinin nümayəndələri, ali məktəblərə qəbul imtahanlarında 670-dən yuxarı bal toplayan abituriyentlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Konfransda Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov “2013/2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edib.

Təhsil   nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev də konfransda çıxış edərək təhsil işçilərinə öz tövsiyyə və tapşırıqlarını veriblər.

DSC_0137
DSC_0157

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın