Menu
Geri İrəli

Sumqayıtda şəhərdən kənar fərdi evlərə maraq artıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2014 • Baxış sayı: 955 dəfə • Şərh yoxdur
Share Button

Corat - копияYaxın 5 ildə ilkin mənzil bazarındakı satışlar təkrar mənzil bazarını keçəcək.

Bunu rieltor Bayram Abbasov bildirib.

“Köhnə evlərin çoxu sovet dövründə tikilib, ona görə risklidir”, – deyə o bildirir. Analitiklərə görə, ilkin bazarın xeyrinə dəyişiklik olacaq. İlk növbədə bu, onunla bağlıdır ki, sənədləşmə üzərində nəzarət güclənib. Nəticədə vicdansız ev tikənlərlə rastlaşmaq riski də azalır. Nəticədə ilikn və təkrar bazar arasında qiymət fərqi azalır. İlkin bazara tələbatın artmasının bir səbəbi də Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran kimi ərazilərdə şəhərdən kənar fərdi evlərə marağın artmasıdır.

Bununla əlaqədar təkrar mənzil bazarında hətta ekonom sinifdə də şəhərətrafı daşınmaz əmlaka maraq artır. Əvvələr belə deyildi. Daşınmaz əmlak bazarının analitikləri yaz-payızda ciddi dinamika gözləmir. Proqnozlara görə, 2014-cü ilin yayında artım ayda 2%-dən çox olmayacaq.

Şəhərətrafı daşınmaz əmlakda daha likvid obyektlər kotteclər (məsələn, Qobustanda) və torpaq sahələridir. Regional mərkəzlər bu cəhətdən Bakıdan geri qalır.

Abbasovun fikrincə, təkrar mənzil bazarı yaxın vaxtlarda geriləməyəcək. Hərçənd 2013-cü ildə ARDNŞ 149 çoxmənzilli binaya qaz verib (30 min 374 mənzil).

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın