Menu
Geri İrəli

Sumqayıtda şəhidlərin medalları ailələrinə təqdim olunub – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2016 • Baxış sayı: 605 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində aprel ayının əvvəllərində cəbhə xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əbdülməcid Nadirşah oğlu Axundovun qırx mərasimi keçirilib.

Mərasimdə Sumqayıt şəhər icra hakimiyyəti aparatının məsul əməkdaşları, Müdafiə Nazirliyinin nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Məlumat üçün bildirək ki, 23 yaşlı Əbdülməcid Axundov ölümündən sonra Müdafiə naziri Zakir Həsənovun əmri ilə təltif edilib.

Ə. Məcidov Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olduğuna görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.

Bununla yanaşı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Şulan Bayramov da eyni medalla təltif olunub.

Hər iki şəhidin təltif edildiyi medal mərasimdə yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cı ildə anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, Azərbaycan Texniki Universitetində ali təhsil alıb.Qeyd edək ki, Ə. Axundov 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Ə.Axundovun xidməti başa vurmasına 3 ay qalıbmış.

1463591266_13240711_1746800685561415_4757842958692193087_n
1463584778_12
1463591261_13232967_1746801832227967_8592963798270540311_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın