Menu
Geri İrəli

Sumqayıtda səhralaşma genişlənib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2015 • Baxış sayı: 602 dəfə • Şərh yoxdur

1443604423_369652

“Ölkə ərazisində səhralaşma daha çox Abşeron yarımadası, Sumqayıt, Maştağa, Ələt qəsəbəsi, Qobustan, Zaqatala rayonunun Hacınohur massivi və digər ayrı-ayrı ərazi sahələrində lokal şəkildə genişlənib”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Eroziya və Suvarma İnstitutunun direktor vəzifəsini icra edən Zakir Əliyev deyib.   O, bildirib ki, ölkə ərazisində inkişaf tapmış səhralaşma torpağın müxtəlif dərinlikli humus, yəni məhsuldar qatının sovrulub itirilməsinə, torpaq üzərində landşaftın deqradasiyasına, alt qatlarda onun aqreqat halının dəyişərək kipləşmə, yəni daşlaşma prosesinin inkişafına səbəb olub: “Bu nəticədə torpaqların yararsız hala düşərək, dövriyyədən çıxmasına səbəb olur və öz növbəsində ətraf mühitin tarazlığının pozulması ilə yanaşı, ölkə əhalisinin intensiv artan tələbatının ödənilməsi məqsədli Qlobal Ərzaq Təhlükəsizliyi Dövlət Proqramı tələblərinin icrası ilə ziddiyyət təşkil edir”.   Z. Əliyev qeyd edib ki, səhralaşma probleminin həlli istiqamətində mühüm Dövlət Proqramı təsdiq edilib: “Azərbaycanın ərazisi həqiqətən də qlobal iqlim dəyişmələrinə həssas olmaqla yanaşı, üstəlik antropogen təsirlərə məruz qalır. Adambaşına 0,18 ha-dan az torpaq sahəsi düşən ölkə ərazisinin 60 faizi dağlıq və dağətəyi, 40 faizə qədəri isə düzən ərazilər təşkil edir. Burada düşən atmosfer yağıntıları müxtəlif bölgələr üzrə qeyri bərabər paylanandır. Bütün bunlar azmış kimi, torpaq istifadəçilərinin yerlərdə təbi resurslardan elmi əsassız, qeyri-səmərəli istifadəsi və həm də ölkədə yaşanan su qıtlığı problemləri bütünlükdə torpaqlarımızın zaman-zaman münbitliklərinin itirilərək, məhsuldarlıqlarının aşağı düşüb əkin dövriyyəsindən çıxma təhlükəsi ilə üzləşir. Bu faktdır və bununla mübarizə aparmaq lazımdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın