Menu
Geri İrəli

Sumqayıtda sektor müdirinin ölümü ilə bağlı- FHN-dən açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2015 • Baxış sayı: 1,146 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə dünyasını dəyişib. 

425285_286193844775358_420543743_nFHN də Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rüstəm Sadıxzadənin ölümü ilə bağlı məlumat yayıb.

sumqayitxeber.com FHN-ə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində R.Sadıxzadənin yaşadığı evdə baş verib.

1980-cı il təvəllüdlü Sadıxzadə Rüstəm Davud oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı R.Sadıxzadənin vəfat etdiyi müəyyən olunub.

Əməliyyat saat 22:53-də başa çatıb.

Qeyd edək ki, Rüstəm Sadıqzadə 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetini bitirib. İki övladı var.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın