Menu
Geri İrəli

Sumqayıtda şok hadisə: ana öz qızı ilə saxta nişan mərasimi düzəldib? – MƏHKƏMƏ ZALINDAN

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 2,647 dəfə • Şərh yoxdur

mehkemeDələduzluq etməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini olan ana və qızı bəraət alıb.

Sumqayitxeber.com xəbər verir ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində saxta nişan mərasimi təşkil etməklə dələduzluqda ittiham olunan Sumqayıtlı ana və qızın işinə baxılıb və həbs olunmuş ana məhkəmə zalından  azadlığa buraxılıb.

İttihamın mahiyyəti bundan ibarətdir ki, Səmədova Günel Zakir qızı və Əliyev Seymur Fəxrəddin oğlu (soyadlar və adlar şərtidir) bir müddət öncə nişanlanıblar və müəyyən səbəblərdən ailə qurmaları baş tutmayıb.

Nişan qaytarıldıqdan sonra oğlan evi qız və anasından nişanlı olduqları müddətdə onlardan qızıl və pul aldıqlarını, nişan mərasimini də görüntü yaratmaq məqsədi ilə təşkil etdiklərini əsas gətirərək polisə şikayət edib.

Həbs olunan ana dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bəraət alaraq azadlığa buraxılıb.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın