Menu
Geri İrəli

Sumqayıtda süründürməçilik

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2009 • Baxış sayı: 462 dəfə • Şərh yoxdur

ramil

Ramil İsmayılov Sumqayıtda yaşayır, atası Şəmsəddin İsmayılov Əfqanıstan və Qarabağ müharibəsinin veteranı olub, Sumqayıt şəhər Polis İdarəsində sahə müvəkkili işləyib və cinayətkarlığa qarşı mübarizə apararkən iş başında həlak olub. 17 yaşlı Ramil I qrup əlildir, aldığı təqaüd heç dərmanlarını almağa kifayət etmir, amma narazılığı qarşılaşdığı məmur özbaşınalığındandır. Ramilin öz dediklərini olduğu kimi qeyd edirəm: “Ailəmiz çətin vəziyyətdə yaşayır, öz evimiz olmadığından xalamın evində məskunlaşmışıq, müalicəm üçün vəsait olmadığından kommersiya obyekti tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişik, həmin müraciətə əsasən bizə Sumqayıt şəhər 20-ci məhəllə daxilində torpaq sahəsi ayrılıb və İnşaat pasportu verilməsi Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilib. Amma 10 ildir ki, həmin idarə bizi get-gələ salır və obyektin adımıza rəsmiləşdirilməsi aparılmır, inşaat pasportu verilmir. Hara şikayət ediriksə baxılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilir. Oradan isə bizə verilən cavabda göstərilir ki, kommersiya obyekti tikmək üçün ayrılmış torpaq sahəsi sənədləşdirilib və hazırda istifadənizdədir. Halbuki bu həqiqətə uyğun deyil. Həmin idarədə 998 nömrəli iş 10 ildir ki, yatıb qalıb. Bu 10 il ərzində şəhərdə neçə-neçə göydələn, kommersiya obyekti üçün torpaq sahəsi ayrılıb və tikilib istifadəyə verilib, amma mənim səsimi eşidən yoxdur.” Ramilin dediklərini yoxlamaq üçün deyilən ərazi ilə tanış olduqda orada tüstülənən zibil yeşiklərindən başqa nəsə gözə dəymədi. Zibil yeşikləri isə Ramilin istifadəsində deyil…Xanlar Xoca

ayrilan topraq

Facebook Şərhləndirmə:

Şərhinizi yazın