Menu
Geri İrəli

Sumqayıtda “Uğurlu karyeraya necə başlamalı?” mövzusunda tədbir keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

best-32Best Friends Təhsil və Karyera Mərkəzi və Sumqayıt Dövlət Universiteti YAP Gəncləri Birliyi “ Uğurlu Karyeraya Necə Başlamalı?”    mövzusunda tədbir keçirəcək

Aprel ayının 19-da  saat 10:30-da  Sumqayıt Dövlət Universitetində “Uğurlu karyeraya necə başlamalı?” mövzusunda tədbir keçiriləcək.

Tədbirdə əsasən, universitet tələbələrinin, ümumilikdə isə gənclərin öz karyeralarına necə başlamaları lazım olduqları haqqında  müzakirə aparılacaq. Bundan əlavə, karyera qurarkən vaxtın səmərəli olunması barədə söhbət açılacaq .

Sözü gedən tədbirdə uğurlu inkişaf və karyera üzrə ekspert-təlimçi Eyvaz Qocayev, natiqlik, motivasiya və şəxsi inkişaf  üzrə təlimçi, layihə yazılışı və idarə edilməsi üzrə ekspert? Creative Education and Training Academy-nin Təlim və Marketinq Direktoru Tofiq Sadıxov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, gənclərlə iş üzrə təlimçi-ekspert İsmayıl Kərimovda  də iştirak edəcək.

Tədbirdə iştirak etmək istəyənlər ( 070) 822-72-06, (055) 469-99-09, (018) 648-32-43 və bestfrdnscv@gmail.com vasitəsilə əlaqə saxlaya bilərlər.

Bundan əlavə, “Facebook”da xüsusi olaraq yaradılmış “Best Friends Tədris və Karyera Mərkəzi” səhifəsinə də müraciət edə bilərlər.

 İctimaiyyətlə əlaqələr şöbəsi:    Araz HÜSEYN

Facebook Şərhləndirmə:

Şərhinizi yazın