Menu
Geri İrəli

Sumqayıtda Ümumdünya Heyvanların müdafiəsi günü münasibətilə tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2013 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur
4 oktyabr – Ümumdünya Heyvan­ların müdafiəsi günü münasibətilə «Azərikimya» İstehsalat Birliyi ARDNŞ-in Ekologiya İdarəsi ilə birgə Sumqayıt Dövlət Universitetinin tələbələri, Sumqayıt Regional Ekologiya İdarəsinin, YAP Gənclər təşkilatının, Sumqayıt şəhər təhsil şöbəsinin, «Qızıl Aypara» Cəmiyyəti Sumqayıt şəhər bölməsinin «Kimyalayihə» İnstitutunun əməkdaşları, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mər­kəzinin şagirdlərinin və KİV nümayəndələrinin iştirakı ilə «Hey­van­ların nəslini kəsilməyə qoymayaq!» devizi altında geniş tədbir keçirmişdir.
Tədbirdən qabaq Birliyin «Kimyalayihə» İnstitutunun bağçasında qorunub saxlanılan müxtəlif növdən olan heyvanlara tamaşa edən iştirakçılara Azərbaycanda adları «Qırmızı kitab»a düşən, nadir və nəsli kəsilmək təhlükəsində olan heyvanlar, quşlar və balıqlar haqqında ətraflı məlumat verilmiş, onları qorumağın hər bir vətəndaşın müqəd­dəs borcu olduğu vurğulanmışdır. Bu mərhələdə balaca rəssamların tədbir ərəfəsi çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmış, müəlliflər xüsusi hədiyyələrlə mükafatlan­dırılmışdır.
Birliyin akt zalında heyvanlarla bağlı video-süjet təqdim edildikdən və Azərbaycanın heyvanlar aləmi haqqında məruzə dinlənildikdən sonra  Sumqayıt şəhər Təhsil şöbəsinin müxtəlif məktəblərini təmsil edən 12 komandanın iştirakı ilə bayramın mövzusuna həsr olunmuş «Breyn-rinq» bilik yarışması keçirilmişdir.
Maraqlı və yaddaqalan məqamları ilə diqqət çəkən yarışmada fəallıqları ilə seçilən və suallara düzgün cavab verərək daha çox xal toplayan komandalara «Azərikimya» İB-nin xüsusi diplomları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Bilik yarışmasında maraqlı oyun tərzi ilə diqqət çəkən bir komandanın üzvlərinə ARDNŞ-in Ekologiya İdarəsinin qiymətli hədiyyələri təqdim olunmuş, hər bir iştirakçıya isə dibçəklərdə güllər bağışlanılmışdır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın