Menu
Geri İrəli

Sumqayıtda uşaq hüquqlarının müdafiəsi üzrə təlim keçirilmişdir

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2013 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

Azərbaycan Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş «Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası»nın 5.1 və 5.3-cü bəndlərinə əsasən, Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü olan dövlət orqanları uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) təqdim edirlər.

Hesabatlar ümumiləşdirilərək Komissiyaya təqdim olunur. Komissiya tərəfindən ölkədə uşaq hüquqlarının illik vəziyyəti qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

AzərTAc xəbər verir ki, bununla bağlı oktyabrın 11-də AQUPDK tərəfindən Sumqayıt Şəhərinin Tarixi Muzeyində təlim kursu keçirilmişdir.

Tədbirdə hesabatın hazırlanmasında iştirak edən Sumqayıt şəhər, Qobustan, Xaçmaz, Şabran, Abşeron, Siyəzən, Xızı, Qubadlı, Quba rayonları icra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının, həmçinin qəyyumluq və himayə orqanlarının məsul şəxsləri iştirak etmişlər.

Təlim kursunda ölkələrarası övladlığa götürmə ilə bağlı məlumat verilmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların ümumi uçota alınmasına dair təqdimat nümayiş etdirilmişdir.

AzərTAc

Facebook Şərhləndirmə:

Şərhinizi yazın