Menu
Geri İrəli

Sumqayıtda uşaq şairləriylə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2016 • Baxış sayı: 333 dəfə • Şərh yoxdur

1455542572_12713944_1564840847169062_829681524_n

Bu gün Nizami Gəncəvi adına Uşaq Kitabxana Klubunda Sumqayıt şəhər MKS tərəfindən elan edilmiş “Uşaq ədəbiyyatı ili” ilə əlaqədar olaraq Sumqayıt uşaq şairlərilə görüş keçirilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə görüşdə şairlər Məmməd Namaz, Mir Sabir, Ələsgər Həsənli, Rəhilə Hüseynova, Rəfiqə Şəms iştirak edib. Tədbirdə Nizami Gəncəvi adına UKK-nın rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub. Öz oxucuları ilə tədbirə qatılan Sumqayıt şəhər uşaq kitabxanaları və S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi şairlərin şeirlərindən ibarət nümunələr səsləndiriblər. S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucuları Ayan Ağayeva, Rəşid Ataxanov və Rəqsanə Xəlilovanın ifasında şair Məmməd Namazın “Biri vardı, biri yoxdu” şeri əsasında hazırlanmış, günəşlə ayın dialoqunu əks etdirən kompozisiya, eləcə də Mərkəzi Uşaq Kitabxanasının oxucusu Kənan Muradovun tarda ifası tədbiri xüsusilə rövnəqləndirib. Tədbirdə şairlər çıxış edərək uşaq ədəbiyyatı mövzusunda şeir yazmağın çətinliyindən, məsuliyyətli və şərəfli bir iş olduğundan danışıb, bunun üçün mütləq uşaq dünyasına bələd olmağın, müşahidə qabiliyyətinin geniş olmasının zəruriliyini vurğulayıblar. Sonda şairlər öz şeirlərindən nümunələr ifa edib, oxuculara kitab hədiyyə ediblər.

1455542676_12516283_1564840517169095_155281840_n

\1455542679_12746187_1564840410502439_398427758_n1455542680_12714129_1564840520502428_1253774363_n1455542699_12736378_1564840260502454_188981607_n1455542737_12076919_1564840800502400_105054568_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın