Menu
Geri İrəli

Sumqayıtda “Vətən deyən oğullar” adlı xatirə günü keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2016 • Baxış sayı: 495 dəfə • Şərh yoxdur

Mərkəzi uşaq kitabxanasında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman soydaşlarımızın həyat və döyüş yolunun təbliği  məqsədilə yanvar ayında anadan olmuş Milli Qəhrəmanlardan Mehdi Abbasovun, Mətləb Quliyevin, Rövşən Abdullayevin, Fəxrəddin Şahbazovun əziz xatirəsinə həsr edilmiş “Vətən deyən oğullar” adlı xatirə günü keçirilib. Tədbir Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra oxuculara Milli Qəhrəmanlardan Mehdi Abbasovun, Mətləb Quliyevin, Rövşən Abdullayevin, Fəxrəddin Şahbazovun həyat və döyüş yolu haqqında məlumat verilib, videoçarx  izlənilib, oxucuların ifasında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər dinlənilib.

Tədbirdə kitabxananın multmedia mütəxəssisi Leyla Məmmədli çıxış edərək oxuculara tariximizə, qəhrəmanlarımıza qarşı unutqan olmamağı tövsiyə edib,  vətənə, bayrağa sevgi, məğrurluq, əzmkarlıq, cəsarət hissinin önəmli olduğunu vurğulayıb.

Sonda kitabxanaçı Qənimə Baxışova  “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı sərgidə nümayiş etdirilən kitablar haqqında xülasə verdi.

12584011_1555928968060250_1210615650_n 12650429_1555929088060238_1182555852_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın