Menu
Geri İrəli

Sumqayıtda “Yehovanın Şahidləri”nin üzvləri qanunsuz təbliğatla məşğuldur – ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2014 • Baxış sayı: 1,016 dəfə • Şərh yoxdur

Yehovanın ŞahidləriSumqayıt şəhər sakinlərindən biri sumqayitxeber.com saytına məktub yazaraq şəhərdə qanunsuz olaraq dini təbliğatın aparılması ilə bağlı narahatçılığını ifadə edib. Məktubu olduğu kimi təqdim edirik:

“Mən 12-ci mikrorayonda yaşayıram. Yaşadığım evin qapısına tez-tez əllərində müqəddəs kitab dedikləri “Tövrat”la 2 qadın gəlir. Bir neçə dəfə də mübahisə aparmışam ki, niyə tövratın. incilin tərəfini tutursan? Sonralar vaxtım yoxdur deyib qapını bağlamışam. Bu gün başqa iki qadın gələrək vizitkart verdi. Xahiş edirəm aidiyyatı qurumlar bunu araşdırsınlar, niyə ancaq Sumqayıtda bunu təbliğ edirlər? Bu camaatın başını niyə tovlayırlar?”

Məktubda qeyd olunur ki, təbliğatla məşğul olanların payladığı vizitkartların üzərində Yehovanın Şahidlərinin Azərbaycan dilində fəaliyyət göstərən rəsmi internet səhifələrinin ünvanı qeyd olunub.
sumqayitxeber.com olaraq kiçik bir araşdırma apardıq. www.jw.org səhifəsində “tez-tez verilən suallar” bölməsində “Siz nəyə görə qapı-qapı təbliğ edirsiniz?” sualına cavab olaraq bildirilir:

“İncildə Allaha ibadət edən insanlara belə göstəriş verilib: «Gedin və bütün millətlərin içində şagird hazırlayın» (İncil, Matta 28:19, 20). Bunun üçün İsa peyğəmbər davamçılarını insanların evlərinə göndərirdi (İncil,Matta 10:7, 11—13). Allahın dərgahına qaldırılandan sonra isə onun birinci əsrdə yaşayan davamçıları Allahın xəbərini «evdən-evə» yaymağa davam edirdilər (Həvarilərin işləri 5:42; 20:20). Biz də onların nümunəsindən bəhrələnərək evdən-evə təbliğ üsulundan istifadə edirik. Çünki başa düşürük ki, bu, Allahın müjdəsini hər bir insana çatdırmağın ən əlverişli üsuludur.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın