Menu
Geri İrəli

Sumqayıtda yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2014 • Baxış sayı: 718 dəfə • Şərh yoxdur
sumqayit1Ələt Səngəçal, Zığ, Xocahəsən, Dübəndi , Sumqayıt və Böyük Şor gölünün ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacaq.
Bu barədə aznews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Gələcəkdə şəhərdə sıxlığı azaltmaq üçün bəzi ali təhsil müəssisələri şəhərdən kənara köçürüləcək və yeni universitetlərin yaradılması üçün yürlər ayrılacaq. Böyük Bakının Regional İnkişaf Planında nəzərdə tutulan işlərin yaxın gələcəkdə gerçəkləşəcəyi bildirilib. Qurumdan onu da qeyd ediblər ki, Ziğ qəsəbəsiondə Təhsil, Elm və Texnologiyalar Parkının da yaradılacağı nəzərdə tutulub.
Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın