Menu
Geri İrəli

Sumqayıtda yeni gənclər klubu yaradılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2013 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur
Share Button

 nerdivan “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı klubu təsis edənlərdən biri Aygül Qurbanova verib.

Aygül Qurbanova deyib ki, yeni yaranan klubun adı “Nərdivan Gənclər Klubu”dur: “Biz Müstəqil Azərbaycanın üçüncü böyük şəhəri olub sənayeyə, təhsilə, ölkənin bir çox sahələrinə öz xidmətlərini etmiş Sumqayıt şəhərinin bir qrup gənci olaraq Sumqayıt gənclərinin təhsilin, maarifin, kitabın və bu qəbildən bir çox mədəni-ictimai fəaliyyətlərin ətrafında sıx birləşməsi üçün bu gənclər klubunu yaratdıq. Hər cür irqi, ideoloji, siyasi ayrı seçkilikdən uzaq olaraq bilavasitə Sumqayıt gənclərinin daha da maarifpərvər, intellektual, öz hüquq və azadlıqlarını bilən işıqlı gənclər olmağına xidmət etməyi qarşımıza məqsəd qoymuşuq. Edəcəyimiz tədbirlər, reallaşdıracağımız layihələr Sumqayıt gəncinin ölkə və dünya səviyyəsində məhz beyninin, düşüncəsinin, bacarıq və əzminin gücü ilə daha da irəli getməsinə xidmət edəcəkdir. Hər cür zor və iğtişaşdan uzaq fəaliyyətimizlə elmin və düşüncənin aydınlatdığı daha işıqlı sabahlara çıxacağımıza inanırıq. Biz gənclər düşünürük ki, Azərbaycan gənci və onun simasında Sumqayıt gənci fəaliyyətsiz qalmamalıdır, dövlətin ayırdığı resurslardan əlavə özünün mənəvi və zehni boşluğunu özü də bütövləşdirməyə çalışmalıdır. Biz qəliz və anlanılması çətin heç nə demirik, düşünməyi və düşüncə ilə hərəkət etməyi təklif edirik. Bir gəncin edə biləcəyi ən önəmli iki şey bunlardır”.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın