Menu
Geri İrəli

Sumqayıtda yol polisini avtomaşınla sürüyən sürücünün şəxsiyyəti müəyyən edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2013 • Baxış sayı: 185 dəfə • Şərh yoxdur

Bu barədə Trend-ə Sumqayıt Şəhər Prokurorluğundan bildirilib.

Prokurorluqdan verilən xəbərə görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilsə də, hal-hazırda istintaq tədbirləri davam etdiyindən onun adı açıqlanmır.

Xatırladaq ki, fevralın 22-də 11:20 radələrində Sumqayıt səhərində “Mitsubishi Outlander” markalı “90-BJ-935″ dövlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospektində növbətçi mağazanın qarşısında Dövlət Yol Polisi müfəttişinin əlini avtomobilin pəncərəsinin arasında goyaraq onu camaatın gözü önündə 20-30 metr sürüyüb. Əlini pəncərədən zorla çıxardan polis əməkdaşı yolun hərəkət istiqamətində yerə yıxılıb, avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

Qeyd edək ki, hadisə şahidlərinin dediklərinə görə, avtomobili idarə edən şəxs Dövlət Əmək Müfəttişliyinin əməkdaşı olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın