Menu
Geri İrəli

Sumqayıtda yüksək bal toplamış tələbələrlə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2009 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev ali məktəblərə qəbul zamanı yüksək bal toplamış tələbələrlə görüşüb. İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev APA-ya bildirib ki, görüşdən öncə icra başçısı tələbələrə pul mükafatı və Sumqayıtın 60 illik yubiley tədbirləri çərçivəsində dərc edilmiş “Şəhərin bələdçi kitabı”nı təqdim edib. V. Əliyev məktəblərin texniki bazasının möhkəmləndirilməsi məqsədilə müasir avadanlıqlarla tam təmin olunduğunu bildirib. Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov isə deyib ki, bu il Sumqayıt məktəblilərinin 1468 nəfəri (40,8 faiz) tələbə adına layiq görülüb. 600-dən çox bal toplayan abituriyentlər şəhər üzrə ali məktəblərə sənəd verən abituriyentlərin təxminən 2,7 faizini təşkil edib ki, bu da respublikada ən yüksək göstəricidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın