Menu
Geri İrəli

Sumqayıtda zəncirvari yol qəzası (FOTO, VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 949 dəfə • Şərh yoxdur

Sumqayıtda zəncirvari yol qəzası baş verib
Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə Sumqayıtın çıxışında, 41-ci məhəllə deyilən ərazidə baş verib. Qəza nəticəsində iki “Hyundai” və bir “Mercedes” markalı avtomobil yararsız hala düşüb.
Qəzaya səbəb isə öndəki avtomobilin anidən əyləci basması olub. Hadisə şahidlərinin iddiasına görə, sürücü qaz əvəzinə əyləci basıb və arxadan gələn avtomobillə toqquşub. “Mercedes”-in sürücüsün yüngül xəsarət aldığı bildirilir.
Qəza nəticəsində yolda uzun müddət tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır. Polis əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırır.  (anspress.com)


Facebook Şərhləndirmə:

Şərhinizi yazın