Menu
Geri İrəli

Sumqayıtdakı dəhşətli qəzaya görə 50 MİN MANAT ÖDƏNİŞ

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2014 • Baxış sayı: 1,073 dəfə • Şərh yoxdur

10620847_766931400011553_528860405_nBu ilin aprelində Sumqayıt şəhəri yaxınlığında baş verən ağır qəzaya görə sığorta ödənişinin verilməsinə başlanıb. Bu barədə fins.az-a “Paşa Sığorta” şirkətindən bildirilib.

2 ölü, 21 yaralı
Qeyd edək ki, aprelin 8-də Sumqayıt Texnologiya parkının yaxınlığında  “Amico” markalı yük avtomobili əks yola çıxaraq “İsuzu Otoyol” sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtobusda olan  2 sərnişin ölüb, 21 nəfər isə xəsarət alıb. “Amico” markalı yük avtomobili mülki məsuliyyətin icbari sığortası üzrə “Paşa sığorta” şirkətində sığortalandığına görə, hadisə üzrə ödənişləri də “Paşa sığorta” həyata keçirir.

Təkcə sərnişinlərə 22,5 min manat ödəniş edilib
Şirkətin hadisələr departamentindən fins.az-a verilən məlumata görə, “Paşa sığorta” qəzada xəsarət alan sərnişinlərə böyük ödəniş həyata keçirib. Belə ki, avqust ayının 21-ə qədər ölüm halına görə 2, ağır xəsarətlərə görə 13, yüngül xəsarətlərə görə 5 nəfərə ümumilikdə 22 250 manat ödəniş həyata keçirib.

Digər 3 nəfər müraciət edib ödəniş ola bilərlər
Şirkətdən bildirilib ki, qəzada xəsarət alan digər 3 nəfər də müraciət edərsə, sığorta ödənişi alacaq.

Avtobusa dəyən zərəri də “Paşa sığorta” ödəyəcək
Bundan başqa, əzilən avtobus digər sığorta şirkətindən kasko sığortası üzrə sığortalı olduğuna görə, “Paşa Sığorta” həmin şirkətin subroqasiya müraciəti üzrə də dəymiş ziyana görə ödəniş edəcək. Sığorta şirkətindən verilən məlumata görə, əlavə olaraq təqribən 27 000  məbləğində sığorta ödənişinin də həyata keçirilməsi gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın